«Texnikabank» ilin sonunadək yeni regional filial açmaq niyyətindədir

«Texnikabank» ilin sonunadək yeni regional filial açmaq niyyətindədir
# 21 oktyabr 2008 09:10 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın «Texnikabank» Səhmdar Kommersiya Bankının (SKB) 2008-ci ilin sonuna qədər Xaçmaz rayonunda filialını açmaq niyyətindədir. Bu barədə «APA-Economics»ə «Texnikabank» SKB-dən məlumat verilib.
Bununla yanaşı, cari ilin sonuna qədər bankın Qəbələ filialı yeni inzibati binada fəaliyyətə başlayacaq. «Texnikabank»ın Qəbələ filialı 5 ilə yaxındır fəaliyyət göstərir.
Gələn il isə bankın Şamaxıda da filialının açılması nəzərdə tutulur.
Qeyd edək ki, 2008-ci ilin ötən dövründə «Texnikabank»ın Biləsuvar, Tovuz, Qaradağ və Neftçala rayonlarında filialları açılıb.
Bu ilin sonuna qədər «Texnikabank» mənfəətini 24 mln. manata çatdırmağı planlaşdırır. Artıq cari ilin yanvar-sentyabr aylarında bankın mənfəəti 20 mln. manat olub.
Qeyd edək ki, «Texnikabank» SKB-nin aktivlərinin həcmi cari ilin oktyabr ayının 1-nə 439,644 mln. manat, kredit portfeli 305,886 mln. manat, məcmu kapitalı 57,438 mln. manat təşkil edib. Hazırda «Texnikabank»ın respublika üzrə 35 filialı, 2 şöbə, 3 mübadilə şöbəsi və 46 bankomatı fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR