«Doruk Maliyyə Lizinq» şirkəti nizamnamə kapitalını 100 dəfə artırır

«Doruk Maliyyə Lizinq» şirkəti nizamnamə kapitalını 100 dəfə artırır
# 21 oktyabr 2008 09:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Doruk Maliyyə Lizinq» Açıq Səhmdar Cəmiyyətinin sənədsiz adlı adi səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.
QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 10 manat, sayı 39,6 min ədəd, emissiyanın ümumi həcmi isə 396 min manat təşkil edir.
Birja mütəxəssislərinin fikrincə, «Doruk Maliyyə Lizinq» ASC-nin artıq bu ilin oktyabr ayında səhmlərin yerləşdirilməsinə başlayacağı gözlənilir. Emissiyanın yerləşdirilməsi uğurla başa çatacağı təqdirdə ASC-nin nizamnamə kapitalı 100 dəfə artaraq 400 min manata çatacaq.
Qeyd edək ki, Azərbaycanın «Doruk Maliyyə Lizinq» ASC 2007-ci ildən fəaliyyət göstərir. Hazırda ASC-nin nizamnamə kapitalı 4 min manat təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR