Azərbaycanda sığorta haqlarının ÜDM-yə nisbəti üç illik minimuma çatıb

Azərbaycanda sığorta haqlarının ÜDM-yə nisbəti üç illik minimuma çatıb
# 21 oktyabr 2008 10:00 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Cari ilin yanvar-sentyabr ayları üzrə Azərbaycanda sığorta haqlarının ÜDM-yə nisbəti 0,49% təşkil edib.
Azərbaycan Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata əsasən, cari ilin ilk üç rübü ərzində sığorta bazarında məcmu sığorta haqlarının həcmi 148,7 mln. manat təşkil edib. Qeyd edək ki, həmin dövrdə respublikada istehsal olunmuş ÜDM-nin həcmi 30 370 mln. manata bərabər olub.
Sığorta haqlarının ÜDM-yə nisbəti ölkənin sığorta bazarının inkişafını əks etdirən əsas göstəricilərdən biridir və son illər ərzində bu göstəricinin dinamikası onun azalmasından xəbər verir:



Beləliklə, sığorta bazarının bu göstəricisi son üç ildə ən minimal həddə çatıb. Bu göstərici Azərbaycan sığorta bazarı üzrə inkişafın geriləməsindən xəbər verir. Məlum olduğu kimi, dünya praktikasında sığorta daxilolmalarının ÜDM-yə nisbəti 1% olan bazar intensiv inkişaf edən kimi qiymətləndirilmir. Qeyd edək ki, inkişaf etmiş Avropa ölkələrində bu göstərici 8-10%, inkişafda olan ölkələrdə isə 2-3% təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR