Melli İran Bankı Bakı filialının əksər maliyyə göstəriciləri son bir ildə azalıb

Melli İran Bankı Bakı filialının əksər maliyyə göstəriciləri son bir ildə azalıb
# 22 oktyabr 2008 10:09 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Melli İran Bankının Bakı filialının aktivlərinin həcmi 2008-ci ilin oktyabr ayının 1-nə 18,520 mln. manat təşkil edib ki, bu da ötən ilin oktyabr ayının 1-nə olan analoji göstəricidən 3,3% azdır.
Bankın Bakı filialından «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə depozit portfeli 7,5% azalaraq 6,721 mln. manat, kredit portfeli 10,6% azalaraq 6,619 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 33,5% azalaraq 4,601 mln. manat olub. Həmçinin, bankın məcmu kapitalı 1,16% azalaraq 11,223 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 10 mln. manat təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında bankın gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6% artaraq 2,042 mln. manat, xərcləri isə 15,8% artaraq 936 min manata çatıb. Nəticədə, bankın mənfəəti son bir ildə 6,4% azalaraq 1,106 mln. manat olub.
Təhlil olunan dövr ərzində bankın işçilərinin orta aylıq əmək haqqı 24,4% artaraq 560 manat, işçilərin sayı isə 23 nəfər təşkil edib.
Xatırladaq ki, Melli İran Bankının Bakı filialı 1994-cü ildən fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR