Azərbaycanda avronun məzənnəsi 5 illik minimuma enib

Azərbaycanda avronun məzənnəsi 5 illik minimuma enib
# 22 oktyabr 2008 11:19 (UTC +04:00)
Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, oktyabrın 22-də avronun məzənnəsi 1,0414 manat təşkil edib və sonuncu dəfə analoji məzənnə 2003-cü ilin aprelin 8-də qeydə alınıb.
Qeyd edək ki, bu müddət ərzində avro Azərbaycanda qeyri-sabitlik göstərərək, əsasən 1,15-1,32 AZN/EUR civarında dəyişib. Ümumilikdə, avronun məzənnəsinin dinamikası bu müddət ərzində aşağıdakı kimi olub:




Qeyd edək ki, bu müddət ərzində avronun məzənnəsinin illik dinamikasının dəyişməsi isə aşağıdakı kimi olub:

2003

2004

2005

2006

2007

2008

(indiyədək)

Avro/manat

məzənnəsinin

dəyişməsi

+21,2%

+8,02%

-18,6%

+4,1%

+9,9%

-16,3%



Hazırda avronun manata qarşı bu cür kəskin azalması yalnız dünya bazarlarında müvafiq tendensiyaları əks etdirir, çünki Azərbaycanda avro ilə aparılan əməliyyatların həcmi və mütəşəkkilliyi hələ o səviyyəyə çatmayıb ki, məzənnənin formalaşmasına daxili proseslər də təsir etsin. Qeyd edək ki, dollar üzrə məzənnə valyuta bazarının bütün seqmentləri, o cümlədən birja bazarı, banklararası açıq bazar və bankdaxili mübadilə əməliyyatları üzrə məzənnə əsasında formalaşır, çünki dollarla əməliyyatlarda mütəşəkkil bazarının payı avro ilə nisbətən daha yüksəkdir. Azərbaycanda avro ilə əqdlərin 60,3%-i açıq banklararası bazarın, 39,4%-i bankdaxili mübadilə əməliyyalarının və cəmi 0,3%-i Birja Elektron Sistemində Ticarətin (BEST) payına düşür.
Dünya bazarlarında isə avronun dollara qarşı kəskin ucuzlaşması müşahidə olunur. Təkcə dünən avro dollara qarşı 2,3% ucuzlaşıb. Buna səbəb dünya maliyyə və iqtisadi böhranla bağlı investorlar tərəfindən qiymətli kağızlarda olan aktivlərin və digər riskli aktivlərin fəal satılması nəticəsində pula, əsasən dollara, tələbatın artırılması olub. Fond bazarlarında «nağd pula çıxış» adlanan bu proses hələ də davam edir. Bundan başqa, Avropa Mərkəzi Bankının oktyabrın 8-də uçot dərəcəsini 0,5 faiz bəndinə azaltması və bu bu azalmanın davam etməsinin mümkünlüyü barədə bəyanatlar avrozonada pul-kredit siyasətinin yümşaldıldığını göstərir. Bu da öz növbəsində investorlar üçün Avrozonada mövcud olan və gələcəkdə gözlənilən makroiqtisadi problemlərin olduğundan xəbər verir və nəticədə, «nağd pula çıxış» məhz dollara aid edilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR