«Zamin Bank» son bir ildə aktivlərini 77% artırıb

«Zamin Bank» son bir ildə aktivlərini 77% artırıb
# 23 oktyabr 2008 07:37 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Zamin Bank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2008-ci ilin oktyabr ayının 1-nə 118,776 mln. manat təşkil edib ki, bu da ötən ilin oktyabr ayının 1-nə olan göstəricidən 77,1% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 2,5 dəfə genişlənərək 38,191 mln. manata, kredit portfeli 88,8% artaraq 73,359 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 37,5% azalaraq 10,732 mln. manata çatıb.
Həmçinin, bankın məcmu kapitalı 11% artaraq 14,3 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 11,195 mln. manat olub.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında bankın gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə artaraq 14,734 mln. manat, xərcləri isə 3,3 dəfə artaraq 13,422 mln. manat təşkil edib. Nəticədə, bankın mənfəəti son bir il ərzində 0,2% azalaraq 1,312 mln. manat olub.
Bundan başqa, bank ötən bir il müddətində əlavə 3 filial və 1 mübadilə məntəqəsi açıb, 13 bankomat və 1770 POS-terminal quraşdırıb. Həmçinin, bankın işçilərinin sayı 30,4% artaraq oktyabrın 1-nə 343 nəfərə çatıb.
Xatırladaq ki, «Zamin Bank» SKB 1992-ci ilin noyabrında yaradılıb. Bankın respublika üzrə 21 filialı, 37 mübadilə məntəqəsi, həmçinin, 6 şöbəsi, Rusiyada «Moskva» nümayəndəliyi, 23 bankomatı və 1810 POS-terminalı fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR