Beynəlxalq reytinq agentliklərinin etibarlılığı zəifləyib

Beynəlxalq reytinq agentliklərinin etibarlılığı zəifləyib
# 23 oktyabr 2008 09:02 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Dünya maliyyə böhranı nəticəsində bir çox beynəlxalq reytinq agentliyinə etibar azalıb. «APA-Economics»in məlumatına görə, ABŞ Konqresinin nəzarət komitəsinin bəyanatında bildirilir ki, kredit reytinq agentlikləri riskli aktivlərə yanlış olaraq yüksək reytinq veridiklərini və bununla da bütün maliyyə sistemi üçün təhlükə yaratdıqlarını tam dərk edib.
Komitə sədri Henri Uoksmanın sözlərinə görə, agentliklər yanlış olaraq iddia edir ki, ipoteka və digər riskli aktivlərə əsaslanan reytinqlərin maliyyə böhranı zamanı kütləvi azalmasını qabaqcadan görmək mümkün olmayıb. «Moody’s», «Standard and Poor’s» və «Fitch» kimi aparıcı reytinq agentliklərinin rəhbəryini ilə keçirilən görüşdən sonra H.Uoksman bəyan edib ki, kredit reytinq agentlikləri ABŞ-ın maliyyə bazarında xüsusi yer tutur: «akin indi reytinq agentlikləri bu etibarlılıq əlaqələrini pozub».
Bununla yanaşı, Komitənin yaydığı açıqlamada bildirilir ki, hələ 2007-ci ilin oktyabrında «Moody’s»in baş direktoru Reymond Makdeniel tərəfindən agentliyinin direktorlarına ünvanlan xidməti məktubda vəziyyətin «Fitch»in bu bazara çıxmasından sonra pisləşdiyi vurğulanıb. R.Makdeniel qeyd edib ki, bu sahədə rəqabətlilik bütün maliyyə sistemini təhlükə altına qoya bilər.
Beləliklə, dünya maliyyə böhranı bu günə kimi maliyyə bazarlarında olan əsasları, o cümlədən, kredit reytinqlərinin əhəmiyyəti və keyfiyyətini şübhə altına alıb. Əvvəllər reytinq agentlikləri tərəfindən qiymətli kağızlara və digər aktivlərə verilən reytinqlər, həmçinin korporativ reytinqlər investorlar, habelə bazar iştirakçıları və potensial müştərilər üçün əsas göstərici rolunu oynayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR