Azərbaycandakı sığorta şirkətlərinin ümumi daxilolmalarda xüsusi çəkisi üzrə renkinqi

Azərbaycandakı sığorta şirkətlərinin ümumi daxilolmalarda xüsusi çəkisi üzrə renkinqi
# 23 oktyabr 2008 10:09 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 2008-ci ilin yanvar-sentyabr aylarında ümumilikdə 148,7 mln. manat həcmində sığorta haqqı toplanıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 45% çoxdur.
«APA-Economics»in sığorta şirkətlərinin ümumi daxilolmalarda xüsusi çəkisi üzrə hazırladığı renkinqdə ilk yeri «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkəti tutub. Belə ki, bu şirkətin ümumi sığorta haqlarındakı xüsusi çəkisi 10,8%-ə bərabərdir.
Sonrakı iki yeri isə «MBASK» (10,6%) və Beynəlxalq Sığorta Şirkəti (10,1%) tutub. Bu üç şirkətin daxilolmalarının həcmi isə məcmu sığorta haqlarının 31,5%-nə bərabərdir.
Xatırladaq ki, Azərbaycanda 28 sığorta şirkəti fəaliyyət göstərir.
Aşağıda «APA-Economics»in sığorta şirkətlərinin ümumi sığorta haqlarında xüsusi çəkisi üzrə tərtib etdiyi renkinq göstərilir:

Sığorta təşkilatları


Şirkətlərin daxilolmalarda xüsusi çəkisi

1

Azərsığorta

10,80%

2

MBASK

10,60%

3

Beynəlxalq Sığorta Şirkəti

10,10%

4

Atəşgah

9,39%

5

Azalsığorta

8,80%

6

Standard İnsurance

8,40%

7

Bakı Sığorta

5,00%

8

Xalq Sığorta

4,90%

9

AzSığorta

4,80%

10

Paşa Sığorta

4,41%

11

Qarant Sığorta

3,87%

12

A-Group

3,44%

13

AtaSığorta

1,96%

14

Star Alliance

1,84%

15

Başak-İnam

1,83%

16

Günay Anadolu

1,64%

17

Kavkaz Sığorta

1,40%

18

Azərbaycan Sənaye Sığorta

1,13%

19

Era Trans

1,11%

20

BE&G

1,08%

21

AIG Caspian

0,85%

22

Thames Insurances Group

0,75%

23

Azərqarant

0,47%

24

Alfa Sığorta

0,47%

25

Əmrah Sığorta

0,26%

26

Fidan Sığorta

0,22%

27

Nişan Sığorta

0,03%

28

Qala Sığorta

0,01%



Qeyd: Cədvəl Maliyyə Nazirliyinin təcili məlumatları əsasında hazırlanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR