Azərbaycanda fəaliyyət göstərən birjaların məcmu dövriyyəsi yanvar-sentyabr aylarında 40% artıb

Azərbaycanda fəaliyyət göstərən birjaların məcmu dövriyyəsi yanvar-sentyabr aylarında 40% artıb
# 23 oktyabr 2008 12:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda fəaliyyət göstərən birjalar tərəfindən keçirilən 257 hərracda 7 617,1 mln. manatlıq valyuta ehtiyatları, qiymətli kağızlar, daşınmaz əmlak və istehsal-texniki təyinatlı məhsullar realizə olunub.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, dövriyyənin ümumi həcmi 2007-ci ilin yanvar-sentyabr aylarına nisbətən 40% artıb. Fəaliyyət göstərdiyi dövrdə keçirilən hərracların sayına və dövriyyənin həcminə görə Bakı Banklararası Valyuta Birjası (BBVB) və Bakı Fond Birjası (BFB) xüsusi yer tutur. BBVB-də əvvəlki ilin müvafiq dövrünə nisbətən dövriyyənin həcmi 48,5% artaraq 1 592,6 mln. manatlıq ABŞ dolları, 12,2 mln. manatlıq avro satılıb. BFB-də isə dövriyyənin həcmi 37,9% artaraq 6 011,6 mln. manatlıq qiymətli kağızlar satılıb.
Əmtəə birjalarında istehsal-texniki təyinatlı məhsulların və daşımaz əmlakın satışı keçən ilin müvafiq dövrü ilə müqayisədə azalıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR