Yanvar-sentyabr aylarında Azərbaycanda əhalinin adambaşına gəlirləri 34% artıb

Yanvar-sentyabr aylarında Azərbaycanda əhalinin adambaşına gəlirləri 34% artıb
# 23 oktyabr 2008 13:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan əhalisinin adambaşına gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 34,1% artaraq 1 703,8 manata çatıb və ayda orta hesabla 189,3 manat təşkil edib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu dövr ərzində əhali tərəfindən əldə edilən 14 557,9 mln. manatlıq gəlirin 65,6%-i son istehlaka, 9%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf edilib, 25,4%-i isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.
Vergilər, digər icbari ödəmələr və könüllü üzvlük haqları ödənildikdən sonra əhalinin sərəncamında 13 245,2 mln. manatlıq və ya əvvəlki ildəkindən 36,9% çox vəsait qalıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR