Azərbaycanın xarici ticarət dövriyyəsinin 94%-i uzaq xarici dövlətlərin payına düşüb

Azərbaycanın xarici ticarət dövriyyəsinin 94%-i uzaq xarici dövlətlərin payına düşüb
# 24 oktyabr 2008 07:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda fəaliyyət göstərən hüquqi və fiziki şəxslər 134 xarici dövlətlə ticarət əlaqələri qurub.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu dövr ərzində xarici ticarət dövriyyəsinin ümumi həcmi 42 209,2 mln. ABŞ dolları, o cümlədən ixrac 37 703,5 mln. dollar, idxal 4 505,7 mln. dollar təşkil edib, ölkə üzrə 33 197,8 mln. dollarlıq müsbət saldo yaranıb. Ötən ilin analoji dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsinin ümumi həcmi 5,7 dəfə, o cümlədən idxal 31,9%, ixrac isə 9,4 dəfə artıb.
Dövriyyənin 54,2%-i, o cümlədən idxalın 28%-i, ixracın 57,3%-i Avropa İttifaqı ölkələrinin hesabına formalaşıb. Bu ölkələrlə ticarət dövriyyəsi 2007-ci ilin yanvar-avqust aylarına nisbətən 11,1 dəfə, o cümlədən ixrac 20,4 dəfə, idxal isə 25,2% artıb.
Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilata (GUAM) üzv olan ölkələrlə ticarət əməliyyatlarının həcmi 864,9 mln. dollar, o cümlədən idxal 404,4 mln. dollar, ixrac 460,5 mln. dollar təşkil edib, 2007-ci ilin müvafiq dövrünə nisbətən xarici ticarət dövriyyəsi 35,7%, o cümlədən ixrac 1,7 dəfə, idxal isə 10,7% artıb.
İdxal-ixrac əməliyyatlarının 36,9% İtaliya, 11,6%-i ABŞ, 6,6% İsrail, 4,7%-i Hindistan, 4,4%-i Fransa, 2,9%-i İspaniya, 2,8%-i Niderland, 2,8% Rusiya, 2,7%-i Birləşmiş Krallıq, 2,7%-i İndoneziya, 2,4%-i Türkiyə, 19,5%-i isə digər ölkələrlə həyata keçirilib.
Xarici ticarət dövriyyəsinin 39 695,9 mln. dolları və ya 94%-i, o cümlədən ixracın 97,3%, idxalın isə 66,7%-i uzaq xarici dövlətlərin payına düşüb. Ötən ilin yanvar-avqust ayları ilə müqayisədə bu ölkələrlə ticarət dövriyyəsinin ümumi həcmi 7,2 dəfə, o cümlədən idxalın həcmi 33,5%, ixrac olunan malların həcmi isə 11,3 dəfə artıb. Uzaq xarici dövlətlərlə ticarət əlaqələrində 33 688,1 mln. dollarlıq müsbət xarici ticarət saldo yaranıb.
Bu ilin ilk 8 ayında Azərbaycanın MDB-yə üzv olan ölkələrlə apardığı ticarət dövriyyəsinin ümumi həcmi 2 513,3 mln. dollar, o cümlədən idxal 1 501,8 mln., ixrac 1 011,5 mln. dollar təşkil edib. Ötən ilin müvafiq dövrünə nisbətən həmin ölkələrlə ticarət dövriyyəsinin həcmi 31,5%, o cümlədən idxal 28,8%, ixrac isə 35,6% artıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR