«ABB-Moskva» gələn il Rusiyanın 100 ən iri banklarının siyahısına düşmək niyyətindədir

«ABB-Moskva» gələn il Rusiyanın 100 ən iri banklarının siyahısına düşmək niyyətindədir
# 24 oktyabr 2008 07:57 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. «Azərbaycan Beynəlxalq Bankı-Moskva» («ABB-Moskva») bankının aktivlərinin artım tempinin 2008-ci ildə 50-60% təşkil edəcəyi gözlənilir. «APA-Economics»in məlumatına görə, bunu «ABB-Moskva»nın İdarə Heyətinin sədri Fuad Abdullayev bildirib.
F.Abdullayev qeyd edib ki, ötən il bankın aktivləri təxminən 80%, kredit portfeli isə 72% artıb: «Ümumilikdə isə, müxtəlif göstəricilər üzrə bizim biznesimiz orta hesabla 70-100%-lik artım tempi nümayiş edir».
«ABB-Moskva»nın son göstəricilərinə gəldikdə isə, aktivlərin həcmi 10 mlrd. rubl, kredit portfeli isə 6 mlrd. rubldan çoxdur. Cari ilin əvvəlində isə bu göstəricilər müvafiq olaraq 7,080 mln. rubla və 6,028 mln. rubla bərabər olub.
F.Abdullayevin sözlərinə görə, gələn il bankın aktivlərinin 20% artacağı proqnozlaşdırılır. Artım tempinin bir qədər azalmasını F.Abdullayev maliyyə bazarlarında yaranmış mürəkkəb vəziyyətlə əlaqələndrib. Buna baxmayaraq, bankın sədri artıq gələn il «ABB-Moskva»nın Rusiyanın 100 ən iri banklarının siyahısına düşmək niyyətində olduğunu vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR