Rusiyadan Azərbaycana göndərilən pul köçürmələrinin 40%-i «ABB-Moskva» bankının payına düşür

Rusiyadan Azərbaycana göndərilən pul köçürmələrinin 40%-i «ABB-Moskva» bankının payına düşür
# 24 oktyabr 2008 08:00 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. «Azərbaycan Beynəlxalq Bankı-Moskva» («ABB-Moskva») bankının Rusiyadan Azərbaycana göndərilən pul köçürmələrinin ümumi həcmində payı təxminən 40%-ə bərabərdir. «APA-Economics»in məlumatına görə, bunu «ABB-Moskva»nın İdarə Heyətinin sədri Fuad Abdullayev bildirib.
F.Abdullayevin sözlərinə görə, bank vasitəsi ilə Rusiyadan Azərbaycana həyata keçirilən pul köçürmələrinin həcmi 2007-ci ildə 100 mln. ABŞ dolları təşkil edib. Bu il isə həmin göstəricinin təxminən 130-135 mln. dollara çatacağı gözlənilir.
Rusiyadan Azərbaycana həyata keçirilən pul köçürmələri sahəsində hətta «Western Union», «Migom», «Moneygram» kimi beynəlxalq pulköçürmə sistemlərinin mövcudluğu şəraitində F.Abdullayev ötən illərdə «ABB-Moskva»nın köçürmələri illik 35-40% artırdığını bildirib.
Xatırladaq ki, «ABB-Moskva» bankı 2002-ci ildə Azərbaycan Beynəlxalq Bankının törəmə müəssisəsi kimi yaradılıb və hazırda Rusiyada bütün bank əməliyyatlarının aparılması üçün baş lisenziyaya malikdir. Bankın aktivlərinin həcmi 10 mlrd. rubl, kredit portfeli 6 mlrd. rubl təşkil edir. Cari ilin yanvar-iyun ayları ərzində bank 84,617 mln. rubl, 2007-ci ildə isə 126,401 mln. rubl mənfəət əldə edib. Hazırda «ABB-Moskva»nın Rusiyanın Sankt-Peterburq və Yekaterinburq şəhərlərində filialları fəaliyyət göstərir.
Azərbaycan Beynəlxalq Bankının əsas təsisçisi rolunda isə dövlət (Maliyyə Nazirliyi – 50,2%) çıxış edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR