Azərbaycandakı sığorta şirkətlərinin ümumi ödənişlərdə xüsusi çəkisi üzrə renkinqi

Azərbaycandakı sığorta şirkətlərinin ümumi ödənişlərdə xüsusi çəkisi üzrə renkinqi
# 24 oktyabr 2008 09:05 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin 2008-ci ilin yanvar-sentyabr aylarında həyata keçirdikləri sığorta ödənişlərinin həcmi 40,4 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 59,4% çoxdur.
«APA-Economics»in sığorta şirkətlərinin ümumi ödənişlərdə xüsusi çəkisi üzrə hazırladığı renkinqdə ilk yeri «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkəti tutub. Belə ki, bu şirkətin məcmu sığorta ödənişlərində xüsusi çəkisi 22,99%-ə bərabərdir. Sonrakı iki yeri isə «Paşa Sığorta» (12,33%) və «MBASK» (11,14%) şirkətləri tutub. Bu üç şirkətin ödənişlərinin həcminin isə ümumi sığorta ödənişlərinin strukturunda payı 46,5%-ə bərabərdir.
Aşağıda «APA-Economics»in sığorta şirkətlərinin ümumi sığorta ödənişlərində xüsusi çəkisi üzrə tərtib etdiyi renkinq göstərilir:

Sığorta təşkilatları

Şirkətlərin məcmu ödənişlərdə payı

1

Azərsığorta

22,99%

2

Paşa Sığorta

12,33%

3

MBASK

11,14%

4

Atəşgah

7,85%

5

Beynəlxalq Sığorta Şirkəti

7,67%

6

A-Group

7,03%

7

Standard İnsurance

6,88%

8

AzSığorta

3,34%

9

Xalq Sığorta

3,07%

10

Başak-İnam

2,77%

11

Kavkaz Sığorta

2,00%

12

Era Trans

1,98%

13

BE&G

1,61%

14

Bakı Sığorta

1,44%

15

AtaSığorta

1,11%

16

Azərbaycan Sənaye Sığorta

1,09%

17

Azalsığorta

1,09%

18

Thames Insurance Group

0,72%

19

Star Alliance

0,67%

20

Alfa Sığorta

0,54%

21

AIG Caspian

0,40%

22

Fidan Sığorta

0,30%

23

Azərqarant

0,27%

24

Günay Anadolu

0,25%

25

Əmrah Sığorta

0,20%

26

Qarant Sığorta

0,02%

27

Nişan Sığorta

0,00%

28

Qala Sığorta

0,00%



Qeyd: Cədvəl Maliyyə Nazirliyinin təcili məlumatları əsasında hazırlanıb.

Cədvəldən göründüyü kimi, yalnız iki şirkətin («Nişan Sığorta» və «Qala Sığorta») hesabat dövründə ödənişləri olmayıb. Xatırladaq ki, «Qala Sığorta»ya Maliyyə Nazirliyi tərəfindən müddətsiz lisenziya 2008-ci ilin iyul ayının 31-də verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR