Azərbaycan Əmanətlərin Sığortalanması Fondu yaxın iki ildə Beynəlxalq Sığortaçılar İttifaqına üzv olacaq

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu yaxın iki ildə Beynəlxalq Sığortaçılar İttifaqına üzv olacaq
# 24 oktyabr 2008 12:49 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Yaxın 1-2 il ərzində Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ƏSF) Beynəlxalq Sığortaçılar İttifaqına üzv ola bilər. «APA-Economics»in məlumatına görə, bunu ƏSF-nın icraçı direktoru Azad Cavadov bildirib.
A.Cavadovun sözlərinə görə, dünyada iki beynəlxalq sığorta assosiasiyası mövcuddur - Avropa və Beynəlxalq sığortaçılar assosiasiyaları: «Hər iki təşkilat eyni funksiyalar yerinə yetirir. Lakin Avropa Sığortaçılar Assosiasiyası daha çevik işlədiyi üçün biz ilk növbədə bu təşkilata üzv olmuşuq».
Qeyd edək ki, hər iki qurumun vəzifəsi qabaqcıl təcrübəni üzv ölkələrdə yaymaqdan ibarətdir.
Xatırladaq ki, ƏSF 2008-ci ilin oktyabr ayının 10-da Depozitlərin Sığortalanması üzrə Avropa İttifaqına (EFDI) üzv olub. Qurumun beynəlxalq təşkilata ödədiyi illik üzvlük haqqı 1000 avro təşkil edir. Bu təşkilat 2002-ci ilin oktyabr ayında yaranıb və hazırda 39 Avropa ölkəsindən əmanətlərin sığortalanması üzrə 54 qurum bu təşkilatın üzvüdür.
Xatırladaq ki, ƏSF 2007-ci il avqustun 13-dən fəaliyyətə başlayıb. Ölkədə fəaliyyət göstərən 45 bankdan 38-i fondun üzvüdür. Üzv banklardakı əmanətçilərin əmanətləri Fond tərəfindən 100%, lakin 6 min manat olmaqla sığortalanıb. Banklar tərəfindən quruma ödənilən birdəfəlik üzvlük haqqı isə 10 min manatdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR