Azərbaycanın ən iri bankı 2009-cu ildə ipoteka kreditləşməsini bərpa edəcək

Azərbaycanın ən iri bankı 2009-cu ildə ipoteka kreditləşməsini bərpa edəcək
# 25 oktyabr 2008 10:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Gələn ildən etibarən Azərbaycan Beynəlxalq Bankı (ABB) ipoteka kreditləşməsini bərpa edə bilər. «APA-Economics»in məlumatına görə, bunu ABB-nin İdarə Heyətinin sədri Cahangir Hacıyev bildirib.

C.Hacıyevin sözlərinə görə, hazırda ABB-də bu məsələyə dair daxili işlər aparılır və artıq Bankın daxilində ipoteka qrupu yaradılıb ki, ipoteka kreditləşməsinin şərtlərini müəyyən edir: «Bu ilin sonunadək yaradılan qrup ABB tərəfindən veriləcək ipoteka kreditləşməsinin faiz dərəcəsini müəyyənləşdirəcək. Gələn il üçün isə ABB-nin ipoteka kredit portfeli təxminən 10 mln. manat təşkil edəcək».

Digər kreditlərə gəldikdə isə, C.Hacıyev qeyd edib ki, hazırda ABB 17-18%-lə, kreditin müddətindən asılı olaraq hətda 16% dərəcəsi ilə də kredit vəsaiti ayırır.

Qeyd edək ki, Azərbaycan və regionun ən iri bank kredit təşkilatı olan ABB 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında dövlətin iştirak payı 50,2% təşkil edir. Səhmlərin qalan 40%-i xüsusi mülkiyyətdədir, 10%-i isə bankın əmək kollektivinə məxsusdur. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 3 635,842 mln. manat, kredit portfeli 2 602,101 mln. manat, depozit portfeli 1 949,376 mln. manat, məcmu kapitalı 270,645 mln. manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR