Gələn il Azərbaycan Beynəlxalq Bankının Qətərdə törəmə bankı fəaliyyətə başlayacaq

Gələn il Azərbaycan Beynəlxalq Bankının Qətərdə törəmə bankı fəaliyyətə başlayacaq
# 25 oktyabr 2008 10:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA- Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) Qətərdə açmağı planlaşdırdığı törəmə bank gələn il ərzində fəaliyyətə başlaya bilər. «APA-Economics»in məlumatına görə, bunu ABB-nin İdarə Heyətinin sədri Cahangir Hacıyev bildirib.
C.Hacıyevin sözlərinə görə, hazırda «Price Waterhouse Coopers» audit şirkəti törəmə bankın açılmasına dair biznes-plan hazırplayır ki, bu da, bir ay ərzində başa çatdırılaraq ABB-yə təqdim olunacaq.
«ABB-nin Qətərdəki törəmə bankının fəaliyyə başlayanması gələn il ərzində nəzərdə tutulur ki, ilkin olaraq bank yalnız Qətərin maliyyə zonasında fəaliyyət aparmaq hüququna malik olacaq», - deyə C.Hacıyev qeyd edib.
ABB-nin İdarə Heyətinin sədri həmçinin vurğulayıb ki, bu ilin noyabr ayında Dubayda da (Birləşmiş Ərəb Əmirlikləri) ABB-nin nümayəndəliyinin açılması planlaşdırılır.
Qeyd edək ki, ABB bu ilin sonunda və ya gələn ilin əvvəlində Nyu-Yorkda da (ABŞ) nümayəndəliyini açmq niyyətindədir. Hazırda ABB-nin Tiflis, Moskva, London və Lüksemburqda törəmə bankları və nümayəndəlikləri mövcuddur.
Xatırladaq ki, Azərbaycan və regionun ən iri bank kredit təşkilatı olan ABB 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında dövlətin iştirak payı 50,2% təşkil edir. Səhmlərin qalan 40%-i xüsusi mülkiyyətdədir, 10%-i isə bankın əmək kollektivinə məxsusdur. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 3 635,842 mln. manat, kredit portfeli 2 602,101 mln. manat, depozit portfeli 1 949,376 mln. manat, məcmu kapitalı 270,645 mln. manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR