Azərbaycan Banklar Assosiasiyasının prezidenti: “MDB məkanında vahid hesablaşma və valyuta sisteminin tətbiqi səmərəsizdir”

Azərbaycan Banklar Assosiasiyasının prezidenti: “MDB məkanında vahid hesablaşma və valyuta sisteminin tətbiqi səmərəsizdir”
# 25 oktyabr 2008 11:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. “Müstəqil Dövlətlər Birliyi məkanında vahid hesablaşma və valyuta sisteminin tətbiqi hazırki mərhələdə səmərəsizdir”. Bu barədə «APA-Economics»ə Azərbaycan Banklar Assosiasiyasının prezidenti Eldar İsmayılov məlumat verib.
E. İsmayılovun sözlərinə görə, hazırda MDB ölkələrinin iqtisadiyyatı fərqlidir: “Valyuta və hesablaşma mexanizmlərini yüksək iqtisadi inkişaf olmadan tətbiq etmək mənfəətsiz hesab olunur. İlk növbədə bütün MDB ölkələrində valyuta stabil olmalıdır ki, hazırda bu prosses müşahidə olunmur”.
E. İsmayılov onu da qeyd edib ki, ölkələr arasında ticarət dövriyyəsi və ticarət əməliyyatları yüksək səviyyədə olmadığı halda heç bir vahid hesablaşma və valyuta sisteminin tətbiqindən söz ola bilməz.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR