Yaxın perspektivdə Azərbaycanda avronun ucuzlaşması davam edəcək

Yaxın perspektivdə Azərbaycanda avronun ucuzlaşması davam edəcək
# 27 oktyabr 2008 12:07 (UTC +04:00)
«APA-Economics»in məlumatına əsasən, həftəlik dövriyyənin gündəlik göstəriciləri aşağıdakı kimi olub:




Ötən həftə ərzində dolların birja məzənnəsi (Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət əməliyyatlarının nəticəsi üzrə orta göstərici) 0,8081 manatdan 0,8106 manatadək dəyişib, yəni bu müddət ərzində dolların məzənnəsi 0,31% yüksəlib. Qeyd edək ki, həftə ərzində rəsmi məzənnə 0,22%, nağd alış məzənnəsi (banklar üzrə orta göstəricisi) 0,27%, nağd satış məzənnəsi isə 0,15% yüksəlib:




Göründüyü kimi, ötən həftə məzənnələrin dinamikası qeyri-sabitliklə yadda qalıb. Bununla belə, nağd bazarda məzənnələr sinxronluq nümayiş etdirsə də, bunu rəsmi və birja məzənnəsi haqqında demək olmaz.
Ötən həftə valyuta bazarının ən vacib xüsusiyyəti avro/manat birja sektorunun kəskin fəallaşması olub. Bu, son aylar ərzində ilk dəfə baş verib. Bununla belə, avro üzrə əqdlər praktiki olaraq daimi əsasda bağlanıb (bu valyuta üzrə birja ticarəti yalnız oktyabrın 22-də aparılmayıb):




Beləliklə, ötən həftə avro üzrə məcmu birja dövriyyəsi 7 252 min avro təşkil edib. Avro üzrə birja bazarında fəallıq avronun məzənnəsinin tək Azərbaycan bazarında deyil, ümumilikdə dünya bazarında kəskin azalması ilə bir vaxta düşüb. Belə ki, ötən həftə avronun manata qarşı rəsmi məzənnəsi 5 illik minimuma enib ki, bu da ilk növbədə dünya bazarında baş verən hadisələrin nəticəsidir.
Ümumilikdə, həftə ərzində avronun birja məzənnəsi (BBVB-nin orta göstəricisi) 1,0922 manatdan 1,0383 manatadək dəyişib, yəni bu müddət ərzində avronun məzənnəsi 4,93% düşüb. Qeyd edək ki, həftə ərzində rəsmi məzənnə 4,83%, nağd alış məzənnəsi (banklar üzrə orta göstəricisi) 5,27%, nağd satış məzənnəsi isə 3,84% azalıb:




Göründüyü kimi, ötən həftə avro üzrə məzənnələrin dinamikası son dərəcədə qeyri-sabit olub, məzənnələrin çarpazlaşması müşahidə olunub, halbuki nəzəri baxımından bu, baş verməməlidir. Avronun məzənnəsinin enməsinin kəmiyyət göstəricisinə gəldikdə, həftəlik azalmanı dollar üzrə analoji illik göstərici ilə müqayisə etmək olar. Bununla belə, avronun məzənnəsinin ən gözə çarpan dəyişməsi bilavasitə oktyabrın 21-22-də baş verib: oktyabrın 21-də rəsmi məzənnə kəskin azalıb və bundan dərhal sonra (oktyabrın 22-də) birja və nağd məzənnələr azalıb. Yuxarıda qeyd olunduğu kimi, rəsmi məzənnənin azalması dünya bazarlarında analoji hadisələrin nəticəsi olaraq baş verib. Xatırladaq ki, avro dollara qarşı bir gün ərzində təxminən 3% ucuzlaşıb. Bu da öz növbəsində dünya maliyyə bazarlarında qeyri-sabitlik, fond bazarında kəskin enib-qalxma nəticəsində baş verib.
Lakin dünyada dolların bahalaşmasının ən əsas səbəbi fond bazarında investorların «nağda çıxış» adlanan addımları olub. Belə ki, səhm sahibləri ümumdünya iqtisadi geriləmə təhlükəsi ilə bağlı kapitalı riskli aktivlərdən, ilk növbədə səhmlərdən çıxarmağa və pul vəsaitlərini toplamağa başlayıblar. Bunun nəticəsində pula və məhz bütün dünyada ənənəvi olaraq yığım valyuta hesab edilən dollara tələbat kəskin artıb.
Avronun məzənnəsinin kəskin azalması ilə avro üzrə birja ticarətinin fəallaşması arasında isə birbaşa əlaqə var. Çünki valyuta bazarlarında qeyri-sabitlik şəraitində bazar iştirakçıları məzənnənin rəsmi məzənnəyə bağlılığı olan mütəşəkkil birja bazarına üstünlük verir. Açıq banklararası bazarında isə bundan fərqşli olaraq məzənnə subyektiv amillər əsasında formalaşır.
Birja bazarında avro üzrə əqdlərin bağlanması prosesinin birdəfəli, demək olar ki, təsadüfi xarakter daşıdığını nəzərə alsaq, ötən həftə baş verənləri valyuta bazarının ümumi inkişafı baxımından çox əhəmiyyətli bir hadisə kimi qiymətləndirmək olar. Hazırda dünya bazarlarında qeyri-sabitlik, hətta qeyri-müəyyənlik hökm sürməkdədir. Bu səbəbdən də qısamüddətli perspektivdə avro/manat birja alətinin bazarda möhkəmlənəcəyini gözləmək olar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR