Beynəlxalq fond birjaları bağlana bilər

Beynəlxalq fond birjaları bağlana bilər
# 27 oktyabr 2008 13:42 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, ticarətin ilk dəqiqələrində Londonda FTSE 100 indeksi 4,72%, Parisdə CAC-40 indeksi 5,29%, Frankfurtda DAX indeksi isə 3,75% enib.
«Bloomberg» agentliyi hazırda mövcud olan vəziyyəti çaxnaşma kimi qiymətləndirir və vurğulayır ki, investorlar məqsədəuyğun qərar qəbul etməyə qadir deyil. Qeyd edək ki, qiymətli kağızlarda olan aktivlərin investorlar tərəfindən satılması son günlər daha geniş miqyas alıb və nəticədə, bir tərəfdən səhmlər kəskin ucuzlaşır, digər tərəfdən isə dollara tələbat artır və ABŞ valyutası möhkəmlənir.
Bu gün həmçinin avro və funt sterlinqin ucuzlaşması davam edib ki, funtun məzənnəsi dollara qarşı 37 illik minimuma çatıb. Analitiklər vurğulayırlar ki, ABŞ-da kəskin böhran və dərin iqtisadi tənəzzül şəraitində dolların bu cür bahalaşması məntiqə uyğun deyil. Bunun yeganə səbəbi isə investorlar tərəfindən inkişafda olan ölkələrdən kapitallarını çıxararaq həmin vəsaitləri dollara konvertasiya etmələri ilə bağlıdır. Artıq bu tendensiya davamlı xarakter daşıyır.
Eyni zamanda, Avrozona və Böyük Britaniyada neqativ makroiqtisadi göstəricilər (məsələn, Böyük Britaniyada 16 il ərzində ilk dəfə olaraq ÜDM-nin azalması müşahidə olunur) vəziyyətin avro və funtun xeyrinə düzəlməsi üçün əsasların olmadığını göstərir.
Belə bir şəraitdə dünya fond bazarının çaxnaşma nəticəsində iflasa uğramaması üçün aparıcı ölkələrin hökumətləri dünya fond bazarının bir həftəlik bağlanması məsələsini müzakirə edir. Qeyd edək ki, Rusiyada artıq bu barədə, yəni fond bazarının iki günlük və ya hökumətin xüsusi qərarına qədər bağlanması barədə qərar qəbul olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR