«Qala Sığorta» şirkəti gələn il xidmət göstərdiyi sığorta növlərinin sayını 2 dəfədən çox artıracaq

«Qala Sığorta» şirkəti gələn il xidmət göstərdiyi sığorta növlərinin sayını 2 dəfədən çox artıracaq
# 27 oktyabr 2008 15:13 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın yeni yaranmış «Qala Sığorta» şirkəti 2009-cu ildə Maliyyə Nazirliyindən əlavə 12 könüllü sığorta növü üzrə xidmət göstərmək üçün icazə almaq niyyətindədir. Bunu «APA-Economics»ə şirkətin İdarə Heyətinin sədri Abbas Babayev bildirib.
A.Babayevin sözlərinə görə, şirkət hazırda 6 könüllü və 4 icbari sığorta növü üzrə fəaliyyət göstərir. Yeni 12 sığorta növü sırasında icbari sığorta növləri nəzərdə tutulmayıb.
A.Babayev həmçinin qeyd edib ki, bu sığorta növlərindən əlavə şirkət 2009-cu il ərzində bir sıra sığorta proqramları həyata keçirmək niyyətindədir. Belə ki, yeni proqramlar tibbi sığorta, nəqliyyat sığortası və digər sığorta növlərini əhatə edəcək.
Qeyd edək ki, «Qala Sığorta» şirkətinə müddətsiz lisenziya Maliyyə Nazirliyi tərəfindən 2008-ci ilin iyul ayının 31-də verilib. Şirkətin təsisçiləri rolunda «AzRe» təkrarasığorta şirkəti (60%) və 1 nəfər fiziki şəxs (40%) çıxış edir. Cari ilin oktyabr ayının 1-nə şirkətin topladığı sığorta haqlarının həcmi 20 min manat, nizamnamə kapitalı isə 1 mln. manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR