«Qala Sığorta» şirkəti ilkin investisiya planlarını müəyyənləşdirib

«Qala Sığorta» şirkəti ilkin investisiya planlarını müəyyənləşdirib
# 28 oktyabr 2008 07:09 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın yeni yaranmış «Qala Sığorta» şirkəti cari sığorta daxilolmalarını bank depozitlərinə və yaxud dövlət qısamüddətli istiqrazlara investisiya kimi yatıracaq. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədri Abbas Babayev bildirib.
A.Babayevin sözlərinə görə, bütün bu investisiyalarla yanaşı şirkət 2008-ci ilin yekununda əldə edəcəyi mənfəətin bir hissəsini müştərilər üçün yeni xidmət məntəqələrinin açılmasına və digər fəaliyyət sahələrinə yönəldəcək.
Qeyd edək ki, şirkətin proqnozlarına görə, 2008-ci ildə sığorta daxilolmalarının həcmi 70 min manat, mənfəət isə 10 min manat təşkil edəcək.
Xatırladaq ki, «Qala Sığorta» şirktinə Maliyyə Nazirliyi tərəfindən müddətsiz lisenziya 2008-ci ilin iyul ayının 31-də verilib. Şirkətin təsisçiləri rolunda «AzRe» təkrarasığorta şirkəti (60%) və 1 nəfər fiziki şəxs (40%) çıxış edir. Cari ilin oktyabr ayının 1-nə şirkətin topladığı sığorta haqlarının həcmi 20 min manat, nizamnamə kapitalı isə 1 mln. manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR