«UniBank»ın «Gənclik» şöbəsinin iş vaxtı uzadılıb

«UniBank»ın «Gənclik» şöbəsinin iş vaxtı uzadılıb
# 28 oktyabr 2008 12:38 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «UniBank» Səhmdar Kommersiya Bankının (SKB) «Gənclik» şöbəsinin iş vaxtı uzadılıb.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, yeni qrafiklə şöbə I-V günləri saat 10:00-dan 20:30-dək, şənbə günü isə 10:00-dan 17:30-a qədər xidmət göstərir.
Xatırladaq ki, bankın «Gənclik» şöbəsində hesablaşma-kassa əməliyyatları, valyuta mübadiləsi, depozitlərin qəbulu, plastik kartlarla iş, çeklərin inkassosu, pul köçürmələri və mobil rabitə operatorlarının xidmətləri üçün ödənişlərin qəbulu və digər bank xidmətləri göstərilir. Qeyd edək ki, hazırda bankın respublika üzrə 22 filialı fəaliyyət göstərir.
Xatırladaq ki, təsisçisi Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15%), Almaniyanın DEG İnvestisiya Korporasiyası (8,33%), hüquqi (0,9%) və fiziki şəxslər (75,62%) olan «UniBank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 467,235 mln. manat, kredit portfeli 347,932 mln. manat, depozit portfeli 111,902 mln. manat, məcmu kapitalı 64,129 mln. manat, o cümlədən nizamnamə kapitalı 15 mln. manat olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR