«Qala Sığorta» şirkəti fiziki şəxslərlə işbirliyini aktivləşdirəcək

«Qala Sığorta» şirkəti fiziki şəxslərlə işbirliyini aktivləşdirəcək
# 29 oktyabr 2008 08:08 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Qala Sığorta» şirkəti fəaliyyət göstərdiyi tarixdən indiyədək könüllü sığorta növləri üzrə 17 sığorta müqaviləsi imzalayıb ki, bu müqavilələrin ümumi dəyəri 30 min manat təşkil edir.
Şirkətin İdarə Heyətinin sədri Abbas Babayevin «APA-Economics»ə verdiyi məlumata görə, indiyədək icbari sığorta növləri üzrə müqavilə imzalanmayıb: «Hazırda bizim müştəri bazamızın əsasını korporativ müştərilər təşkil edir. Çünki bazarda korporativ müştərilər daha fəaldır. Sonrakı mərhələdə isə biz fiziki müştərilərə üstünlük verəcəyik».
«Azərbaycanın hazırkı sığorta bazarının fiziki müştərilər seqmentində boşluq hiss olunur. Ölkədə bir neçə sığorta şirkəti var ki, onlar fərdi müştərilərlə işləyir. Növbəti 1-2 ildə biz də bu şirkətlərin sırasına qoşulmaq niyyətindəyik», - deyə A.Babayev bildirib.
Xatırladaq ki, «Qala Sığorta» şirkətinə Maliyyə Nazirliyi tərəfindən müddətsiz lisenziya 2008-ci ilin iyul ayının 31-də verilib. Şirkətin təsisçiləri rolunda «AzRe» təkrarasığorta şirkəti (60%) və 1 nəfər fiziki şəxs (40%) çıxış edir. Cari ilin oktyabr ayının 1-nə şirkətin topladığı sığorta haqlarının həcmi 20 min manat, nizamnamə kapitalı isə 1 mln. manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR