«FinanceLeasing» şirkəti 600 min manatlıq istiqraz emissiyasına hazırlaşır

«FinanceLeasing» şirkəti 600 min manatlıq istiqraz emissiyasına hazırlaşır
# 29 oktyabr 2008 10:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «FinanceLeasing» ASC-nin sənədsiz adlı faizli istiqrazlarının emissiya prospektini dövlət qeydiyyatına alıb.
QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, istiqrazların hər birinin nominal dəyəri 500 manat, sayı 1 200 ədəd, emissiyanın ümumi həcmi isə 600 min manat təşkil edir. Emissiyanın kütləvi təklif üsulu ilə Bakı Fond Birjası (BFB) vasitəsilə yerləşdirilməsi planlaşdırılır. İstiqrazlar üzrə illik gəlirlik 18% səviyyəsində müəyyənləşdirilib, dövriyyə müddəti isə 365 gün təşkil edir.
Qeyd edək ki, «FinanceLeasing» ASC keçən ilin mart ayında yerli 16 fiziki şəxs tərəfindən təsis olunub. Lizinq əməliyyatlarının maliyyələşdirilməsi ilə yanaşı şirkət yerli avadanlıq istehsalçıları və maliyyə qurumları ilə (bank və sığorta təşkilatları) sıx əməkdaşlıq edir. Lizinq sahəsində isə şirkət əsas diqqəti fiziki şəxslərin, kiçik və orta sahibkarlıq subyektlərinin layihələrinin maliyyələşdirilməsinə yetirir. Həmçinin, «FinanceLeasing» yerli və xarici şirkətlərin iştirakı ilə sindikatlaşdırılmış lizinq əməliyyatlarının həyata keçirilməsi ilə məşğul olmaq niyyətindədir. Hazırda şirkətin nizamnamə kapitalı 1,1 mln. manat təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR