Azərbaycanda gəlir vergisi üzrə proqnozun icrası 5 illik minimuma çatıb

Azərbaycanda gəlir vergisi üzrə proqnozun icrası 5 illik minimuma çatıb
# 29 oktyabr 2008 11:28 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda gəlir vergisinin yığım səviyyəsi 2008-ci ilin yanvar-sentyabr aylarında müvafiq proqnozun 79%-ni təşkil edib. Vergilər Nazirliyindən «APA-Economics»ə verilən məlumatına görə, hesabat dövründə gəlir vergisi üzrə 9 aylıq proqnoz 575,9 mlrd. manat olduğu halda, faktiki olaraq 454,9 mlrd. manat həcmində vergi torlanıb.
Gəlir vergisi üzrə proqnozların yerinə yetirilməsi üzrə bu 9 aylıq göstərici son 5 ilin ən zəif göstəricisidir:




Qeyd edək ki, gəlir vergisi üzrə proqnozların illik artımı 2006-cı ildə 42%, 2007-ci ildə 44,6% təşkil etmişdirsə, bu il həmin artım 30%-ə bərabər olub. Eyni zamanda, 2008-ci ilin yanvar-sentyabr ayları ərzində əhalinin gəlirləri 35% artıb. Bu tarazsızlıq gəlir vergisinin yığılması sahəsində problemlərin aşkar sübutudur.
Xatırladaq ki, Azərbaycan Vergi Məcəlləsinə əsasən, fiziki şəxslərin gəlir vergisi diferensial cədvəl əsasında tutulur. Belə ki, 2 min manata qədər gəlir 14%, 2 min manatdan artıq olan gəlir isə 35% dərəcəsi ilə vergiyə cəlb olunur. Əgər hazırkı vəziyyət davam edərsə, gəlir vergisi sahəsində dövlətin vergitutma siyasətinin dəyişdirilməsinə zərurət yaranacaq. Hazırda ölkədə yaranmış kəsir problemi proqnozların yüksək olması ilə bağlıdır. Bu isə öz növbəsində mövcud vergi dərəcələrinin yüksək olduğunu göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR