Azərbaycan bank sektoru üzrə ROA və ROE əmsalları azalıb

Azərbaycan bank sektoru üzrə ROA və ROE əmsalları azalıb
# 29 oktyabr 2008 15:04 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank kredit təşkilatlarının ROA əmsalı (aktivlərin gəlirliyi əmsalı) 2008-ci ilin oktyabr ayının 1-nə 2,8 təşkil edib.
Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumatına görə, bu göstərici il ərzində 0,3 bənd azalıb. ROA əmsalı aktivlərin hər bir manatının mənfəətin formalaşmasında oynadığı rolu əks etdirir. Nəticədə, Azərbaycandakı bankların məcmu aktivlərinin 1 manatı orta hesabla 2,8 qəpik mənfəət qazandırıb.
Bank sistemi üzrə digər vacib göstərici olan ROE əmsalı (kapitalın gəlirliyi əmsalı) isə oktyabrın 1-nə 21,6 təşkil edib. Yəni, məcmu bank kapitalının hər 1 manatı orta hesabla 21,6 qəpik məbləğində mənfəət gətirib. Bu göstərici 2007-ci ilin oktyabr ayının 1-i ilə müqayisədə 0,7 bənd azalıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR