Dekabrın 4-də «Rabitəbank»ın səhmdarlarının ümumi yığıncağı keçiriləcək

Dekabrın 4-də «Rabitəbank»ın səhmdarlarının ümumi yığıncağı keçiriləcək
# 30 oktyabr 2008 08:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin dekabr ayının 4-də Azərbaycanın «Rabitəbank» Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
ASC-dən «APA-Economics»ə verilən məlumata görə, iclas çərçivəsində bankın 2009-cu il üçün büdcəsinin təsdiqi, bankın audit komitəsinin yeni tərkibinin təsdiqi və bir sıra digər məsələlər müzakirə olunacaq.
Qeyd edək ki, «Rabitəbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Bu ilin oktyabr ayının 1-nə bankın aktivləri 96,571 mln. manat, depozit portfeli 79,342 mln. manat, kredit portfeli 72,504 mln. manat, məcmu kapitalı 12,361 mln. manat, o cümlədən nizamnamə kapitalı 8 mln. manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR