Azərbaycan iqtisadiyyatında bank sektorunun rolunun artacağı gözlənilir

Azərbaycan iqtisadiyyatında bank sektorunun rolunun artacağı gözlənilir
# 30 oktyabr 2008 09:24 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank təşkilatlarının məcmu aktivlərinin həcmi 2008-ci ilin oktyabr ayının 1-nə 9 913,8 mln. manat təşkil edib. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, il ərzində bu göstərici 70,3% artıb.
Eyni zamanda, bank aktivlərinin ÜDM-yə nisbəti azalıb. Belə ki, yanvar-sentyabr aylarının yekununda aktivlərin ÜDM-yə nisbəti 32,6% təşkil edib ki, bu da ötən ilin analoji 9 aylıq göstəricisindən 2,5 faiz bəndi azdır.
Qeyd edək ki, bu göstərici Azərbaycanda bank sektorunun iqtisadiyyatda rolunun azaldığını əks etdirir. Bank aktivlərinin ÜDM-yə nisbəti 2007-ci ilin yekununda 25,1%, 2006-cı ilin sonunda isə 20,9% təşkil edib. Müqayisə üçün bildirək ki, Qazaxıstanda bu göstərici 80-85%, Rusiyada 45-50%, Ukraynada 35-37% təşkil edir, inkişaf etmiş ölkələrdə isə bank aktivləri hətta ÜDM-ni 1,5-2 dəfə üstələyir.
Müşahidəçilərin fikrincə, 2008-ci ilin sonunadək bank aktivlərinin ÜDM-yə nisbətinin indiki səviyyədən aşağı düşəcəyi və ən yaxşı halda 30% təşkil edəcəyi gözlənilir. Bu da ÜDM-nin rüblük artım tempinin aktivlərin rüblük artım tempini üstələməsi ilə bağlıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR