Dekabrın 11-də «Kapital Bank»ın səhmdarlarının ümumi yığıncağı keçiriləcək

Dekabrın 11-də «Kapital Bank»ın səhmdarlarının ümumi yığıncağı keçiriləcək
# 30 oktyabr 2008 10:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin dekabr ayının 11-də Azərbaycanın «Kapital Bank» ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
ASC-dən «APA-Economics»ə verilən məlumata görə, yığıncaq çərçivəsində «Kapital Bank»ın nizamnaməsinə əlavə və dəyişikliklər edilməsi, Müşahidə Şurası və audit komissiyasının yeni tərkibinin seçilməsi, səhmdarların ümumi yığıncağının, Müşahidə Şurasının, audit komissiyasının və İdarə Heyətinin əsasnamələrinin yeni redaksiyada təsdiq edilməsi və digər məsələlər müzakirə olunacaq. Bundan başqa, iclasda bankın səhmdarlarının ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid olan bir sıra səlahiyyətlərin Müşahidə Şurasına verilməsi məsələsinə də baxılacaq.
Qeyd edək ki, «Kapital Bank» 2000-ci ildən fəaliyyət göstərir. Özəlləşdirmənin nəticələrinə uyğun olaraq, «Kapital Bank»ın səhmdarları rolunda «AtaHolding» (30%), «Paşa Holding» (30%), «Xalq Sığorta» (15%), «Azersun Holding» (10%), fiziki şəxslər (10%) və bankın əmək kollektivi (5%) çıxış edir.
Xatırladaq ki, 2008-ci ilin oktyabr ayının 1-nə bankın aktivləri 422,448 mln. manat, depozit portfeli 227,933 mln. manat, kredit portfeli 191,721 mln. manat, məcmu kapitalı 74,158 mln. manat, o cümlədən nizamnamə kapitalı 24 mln. manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR