«Muğanbank» daha iki filial istifadəyə verib

«Muğanbank» daha iki filial istifadəyə verib
# 30 oktyabr 2008 11:33 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Muğanbank» Səhmdar Kommersiya Bankı (SKB) filial şəbəkəsini genişləndirmək məqsədi ilə daha iki filial açıb. Bankın audit komitəsinin sədri Zaur Hacıyevin «APA-Economics»ə verdiyi məlumata görə, yeni filiallardan biri Bakının Əhmədli qəsəbəsində, digəri isə Goranboy rayonunda açılıb.
Paytaxtdakı «Əhmədli» filialı Neapol küçəsi,2348 ünvanında, «Goranboy» filialı isə rayon mərkəzində, H.Əliyev küçəsi,137 ünvanında yerləşir. Hər iki filialda fiziki və hüquqi şəxslərə xəzinədarlıq xidmətləri, istehlak, avto və biznes kreditləri, depozitlər, VISA plastik kartları, sürətli pulköçürmələri, mobil rabitə operatorları və kommunal xidmətlər üzrə ödənişlər və s. xidmətlər göstərilir.
Qeyd edək ki, hazırda «Muğanbank»ın Bakı, Sumqayıt, Xırdalan, Gəncə və Mingəçevir şəhərləri, İsmayıllı, Quba, Samux, Goranboy rayonlarında 23 filial və 5 şöbəsi fəaliyyət göstərir.
Xatırladaq ki, «Muğanbank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 91,851 mln. manat, kredit portfeli 67,294 mln. manat, depozit portfeli 34,434 mln. manat, məcmu kapitalı 14,981 mln. manat, o cümlədən nizamnamə kapitalı 12 mln. manat təşkil edib. Bankın respublika üzrə 25 bankomatı və 62 POS-terminalı mövcuddur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR