Azərbaycan bank sistemində absolyut likvidlik əmsalı yüksək səviyyədədir

Azərbaycan bank sistemində absolyut likvidlik əmsalı yüksək səviyyədədir
# 31 oktyabr 2008 09:38 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank təşkilatlarının məcmu xalis likvid aktivlərinin depozitlərin ümumi həcminə nisbəti 2008-ci ilin oktyabr ayının 1-nə 51,9% təşkil edib. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, bu göstərici il ərzində 3,8 faiz bəndi, cari ilin əvvəlindən isə 12,9 faiz bəndi artıb.
Qeyd edək ki, bank sisteminin və bankların ayrılıqda maliyyə durumunun əsas göstəricilərdən biri likvid aktivlərin öhdəliklərə nisbətidir. Bu göstəricinin 30%-dən yuxarı olması bank sisteminin stabil, maliyyə vəziyyətinin isə sağlam olduğunu göstərir. Azərbaycanda depozitlərdən başqa bankların digər öhdəlikləri də mövcuddur və onları nəzərə alanda, likvid aktivlərin öhdəliklərə nisbəti oktyabrın 1-nə 44,1% təşkil edib. İl ərzində bu göstərici dəyişməz qalıb, cari ilin əvvəlindən isə 7,9 faiz bəndi artıb.
Likvid aktivlərin öhdəliklərə nisbəti, yəni absolyut likvidliyinin əmsalı bankların qisa müddətdə ödənilə biləcək öhdəliklərin hissəsini göstərir. Göründüyü kimi, Azərbaycanda bu əmsal yüksək səviyyədədir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR