Azərbaycanın birja valyuta dövriyyəsi ötən həftə 5 dəfədən çox azalıb

Azərbaycanın birja valyuta dövriyyəsi ötən həftə 5 dəfədən çox azalıb
# 03 noyabr 2008 08:07 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Ötən həftə ərzində (oktyabrın 27-31-də) Azərbaycanın ABŞ dolları üzrə birja valyuta bazarının dövriyyəsi 14,045 mln. dollar təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 5,3 dəfə azdır. «APA-Economics»in məlumatına görə, keçən həftə dövriyyənin gündəlik göstəriciləri aşağıdakı kimi olub:




Hesabat dövründə dolların birja məzənnəsi (Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində aparılan ticarət əməliyyatlarının nəticələri üzrə) 0,8110 manatdan 0,8092 manatadək dəyişib, yəni dolların məzənnəsi 0,22% düşüb. Qeyd edək ki, həftə ərzində rəsmi məzənnə 0,26%, nağd alış məzənnəsi (banklar üzrə orta göstəricisi) 0,25%, nağd satış məzənnəsi isə 0,23% enib:





Beləliklə, ötən həftə ərzində dolların manata qarşı məzənnələri ümumilikdə azalmaya doğru tendensiyasını davam etdirib. Avronun rəsmi məzənnəsi üzrə isə tam əks dinamika müşahidə olunub:




Göründüyü kimi, avro və dolların məzənnələrinin xətləri biri-birinin əksidir ki, bu da dünya valyuta bazarlarında dollar və avronun biri-birinə alternativ valyuta kimi qəbul edilməsi ilə bağlıdır. Oktyabrın 29-da dünya bazarlarında dolların məzənnəsi avroya qarşı kəskin azalıb və nəticədə, növbəti gün dollar manata qarşı da zəifləyib, avro isə möhkəmlənib. Həftə ərzində avronun rəsmi məzənnəsi 1,4% artıb. Bununla belə, dolların avroya qarşı məzənnəsi 2% azalıb. Azərbaycanda isə dolların avroya qarşı şərti azalması 1,62% təşkil edib ki, bu da həmin məzənnələrin xarici bazarlardakı enib-qalxmadan bir qədər aşağıdır.
Ümumilikdə, ötən həftə birja valyuta bazarında hadisələr ciddi dəyişikliklərlə yadda qalmayıb, məzənnə dinamikası dünya bazarlarında müşahidə olunan dinamikanı əks etdirib, dövriyyələrin azalması isə subyektiv amil olaraq, bankların və onların müştərilərinin xarici valyutaya olan cari tələbatının azalması ilə bağlıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR