«AGBank» yeni regional filial açıb

«AGBank» yeni regional filial açıb
# 03 noyabr 2008 08:52 (UTC +04:00)
Salyan. Əlibəy Zeynalov – APA. Azərbaycanın «AGBank» Səhmdar İnvestisiya Bankı (SİB) filial şəbəkəsini genişləndirmək məqsədi ilə Salyan rayonunda filial açıb.
Bankın ictimaiyyətlə əlaqələr şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, Salyan rayon mərkəzinin Ənvər Qasımzadə küçəsində inşa edilərək istifadəyə verilən filialda fiziki və hüquqi şəxslərə xəzinədarlıq xidmətləri, istehlak, avto və biznes kreditləri, depozitlər, plastik kartlar, sürətli pulköçürmələri, mobil rabitə operatorları və kommunal xidmətlər üzrə ödənişlər və s. xidmətlər göstəriləcək. Bununla da bankın filiallarının sayı 15-ə çatıb. Həmçinin, bankın respublika üzrə 4 şöbəsi, 52 bankomatı və 375 POS-terminalı mövcuddur.
Xatırladaq ki, «AGBank» SİB 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 217,293 mln. manat, kredit portfeli 159,889 mln. manat, depozit portfeli 140,183 mln. manat, məcmu kapitalı 30,08 mln. manat, o cümlədən nizamnamə kapitalı 15 mln. manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR