Azərbaycan Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının İdarə Heyəti və Sədrlər Komitəsinin iclasında iştirak edib

Azərbaycan Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının İdarə Heyəti və Sədrlər Komitəsinin iclasında iştirak edib
# 03 noyabr 2008 10:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Tarif (qiymət) Şurasının katibi Elşən Əsədov Vilnüsdə (Litva) keçirilən Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) İdarə Heyəti və Sədrlər Komitəsinin iclasında iştirak edib.
Tarif Şurasından «APA-Economics»ə verilən məlumata görə, iclasda əsasən ERRA Sədrlər Komitəsinin yaradılması, təşkilati məsələlər (sədr və müavinin seçilməsi), topdansatış bazarının monitorinqi, aztəminatlı istehlakçılar, enerji tənzimləyiciləri və rəqabət haqqında qanunvericilik bazası, enerji tənzimləyicilərinin səlahiyyətləri və rəqabətin idarə olunması, ERRA-nın ən son xəbərləri və gələcək planları, investisiyalar və enerji tənzimlənməsi üzrə ERRA-nın 8-ci konfransı ilə əlaqədar məsələlərin və və digər mövzular müzakirə olunub.
Qeyd edək ki, iclasda Azərbaycan, Türkiyə, Gürcüstan, Ermənistan, Xorvatiya, Albaniya, Monteneqro, Bosniya və Herseqovina, Macarıstan, Latviya, Litva, Estoniya, Moldova, Polşa, Rumıniya, Rusiya, Serbiya, Slovakiya, Ukrayna, ABŞ, BƏƏ nümayəndələri iştirak edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR