«United Credit Bank» yaxın iki ildə nizamnamə kapitalını üç dəfə artıracaq

«United Credit Bank» yaxın iki ildə nizamnamə kapitalını üç dəfə artıracaq
# 03 noyabr 2008 10:52 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «United Credit Bank» Səhmdar Kommersiya Bankı (SKB) 2008-ci il ərzində nizamnamə kapitalını 83% artaraq 22,108 mln. manata çatdıracaq.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bankın nizamnamə kapitalının 2009-cu ildə 26,7% artıraraq 28 mln. manata, 2010-cu ildə isə daha 25% artıraraq 35 mln. manata çatdırılması nəzərdə tutulub.
Qeyd edək ki, nizamnamə kapitalının artırılması prosesində əlavə səhmdarların cəlb olunması nəzərdə tutulmayıb. Xatırladaq ki, hazırda bankın nizamnamə kapitalı ilin əvvəlində olduğu kimi, 12,108 mln. manata bərabərdir.
Xatırladaq ki, təsisçisi 1 hüquqi və 2 fiziki yerli şəxs olan «United Credit Bank» SKB 1996-cı ildə «Rossiyskiy Kredit» Rusiya-Azərbaycan Kommersiya Bankı kimi yaradılıb və 1998-ci ildə brendini dəyişdirib. Hazırda bakın respublika üzrə 5 filialı, 4 bankomatı və 4 POS-terminalı fəaliyyət göstərir.
Bu ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 33,514 mln. manat, kredit portfeli 22,167 mln. manat, o cümlədən istehlak kreditləri 8,806 mln. manat, depozit portfeli 8,675 mln. manat, məcmu kapitalı 13,428 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,108 mln. manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR