Azərbaycanda fəaliyyət göstərən bankların aktivlər üzrə renkinqi

Azərbaycanda fəaliyyət göstərən bankların aktivlər üzrə renkinqi
# 03 noyabr 2008 15:03 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gündən etibarən «APA-Economics» Azərbaycanda fəaliyyət göstərən bank kredit təşkilatlarının 2008-ci ilin oktyabr ayının 1-nə olan müxtəlif maliyyə göstəriciləri üzrə renkinqlərinin hazırlanmasına başlayır. Layihənin əsas məqsədi Azərbaycandakı bankların maliyyə-təsərrüfat fəaliyyəti və onun nəticələri haqqında ictimaiyyətin və potensial investorların məlumatlandırılmasıdır.
Layihənin ilk komponenti bankların aktivlər üzrə renkinqinin tərtib olunmasıdır. Aşağıdakı cədvəldə ölkədəki banklar 2008-ci il oktyabr ayının 1-nə olan aktivlərinin həcminə görə sıralanıb:

(mln. AZN)

Banklar

Aktivlər


1

Azərbaycan Beynəlxalq Bankı

4 208,654

2

Bank Standard

660,816

3

UniBank

467,235

4

Texnikabank

439,645

5

Kapital Bank

422,448

6

Bank Respublika

405,084

7

Xalg Bank

379,752

8

Nikoil Bank

337,499

9

Azerdemiryolbank

226,600

10

AGBank

217,293

11

AccessBank

187,532

12

Bank of Baku

185,149

13

Paşa Bank

183,152

14

AtaBank

134,586

15

Zamin Bank

118,776

16

Bank of Azerbaijan

110,384

17

Yapı Kredi Bank Azerbaijan

108,775

18

Royal Bank of Baku

100,473

19

Rabitabank

96,571

20

Muğan Bank

91,851

21

Turanbank

86,100

22

Azərbaycan Sənaye Bankı

75,541

23

Əmrahbank

65,073

24

Parabank

62,100

25

Bank Avrasiya

51,094

26

Birlik Bank

42,246

27

Azər-Türk Bank

42,032

28

NBCBank

37,414

29

Atrabank

34,093

30

United Credit Bank

33,514

31

Qafqaz İnkişaf Bankı

33,232

32

Debut Bank

32,797

33

Kredo Bank

29,573

34

Gəncəbank

29,544

35

Deka Bank

27,414

36

Günaybank

26,720

37

Azərbaycan Kredit Bankı

26,103

38

Melli İran Bankı Bakı

18,520



* «AccsesBank» 2002-ci ilin oktyabr ayından Azərbaycan Mikromaliyyəşəldirmə Bankı kimi fəaliyyət göstərib. Bu ilin sentyabr ayının 8-də bankın brendi dəyişdirilib.

Cədvəldən göründüyü kimi, hazırda Azərbaycanda faktiki olaraq 45 bank kredit təşkilatı fəaliyyət göstərsə də, «APA-Economics»in renkinqində yalnız 38 bankın aktivləri əks olunub. Bu, digər bankların KİV-lə əməkdaşlıqdan imtina etməsi, maliyyə göstəricilərini təqdim etməməsi və digər subyektiv səbəblərlə bağlıdır.
Aktivlərin renkinqinə gəldikdə isə, gözlənildiyi kimi, ilk yeri Azərbaycan və regionun ən iri bank təşkilatı olan Azərbaycan Beynəlxalq Bankı (ABB) tutub. Əsasən dövlət mülkiyyətində (50,2%) olan bu bankın aktivlərinin durmadan artması bankın inkişafı, filial şəbəkəsinin geniş olması, əsas dövlət qurumlarına xidmət göstərməsi və s. obyektiv səbəblərlə əsaslandırılır. Bu gün Azərbaycanda yalnız ABB-nin aktivlərinin həcmi milyard manatla (təqribən 5,204 mlrd. ABŞ dolları) ölçülür.
Cədvəldən göründüyü kimi, yalnız 10 bankın aktivlərinin həcmi 200 mln. manat (01.10.2008-ci il vəziyyətinə - 247,280 mln. ABŞ dolları), 18 bankın aktivləri - 100 mln. manat həddini (123,640 mln. ABŞ dolları), daha 7 bankın aktivlərinin həcmi isə 50 mln. manat (61,820 mln. ABŞ dolları) həddini üstələyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR