Dünyanın nəhəng ödəniş sistemi zərərlə işləyir

Dünyanın nəhəng ödəniş sistemi zərərlə işləyir
# 04 noyabr 2008 08:32 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Kredit kartlarına xidmət göstərilməsi sahəsind dünyanın ən iri şirkətlərindən olan «MasterCard» 2008-ci ilin III rübünü 193,58 mln. ABŞ dolları həcmində xalis zərərlə başa vurub. Ötən ilin müvafiq dövründə isə şirkətin xalis mənfəəti 314,46 mln. dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, bu barədə şirkətin rüblük hesabatında bildirilir.
Qeyd edək ki, cari ilin ilk yarısında da şirkət zərərlə üzləşib (299,77 mln. dollar). Ötən ilin ilk yarısında isə şirkətin xalis mənfəəti 467,2 mln. dollara bərabər olub.
Məlumat üçün bildirək ki, «MasterCard» şirkəti dünyanın ən iri ödəniş sistemlərindən biridir. Şirkətin kredit kartları 210 ölkədə istifadə olunur. O cümlədən, Azərbaycanda dövriyyədə olan kredit kartlarının böyük hissəsi «MasterCard» sisteminə aiddir. Bu şirkətin kartlarından başqa Azərbaycanda «Visa International» şirkətinin kartları da mövcuddur.
Qeyd edək ki, 2008-ci ilin ilk yarısı ərzində Azərbaycanda kredit kartlar üzrə 121 mln. manat həcmində 420 min ödəniş əməliyyatı aparılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə əməliyyatların sayı 48%, əməliyyatların həcmi isə 78% artıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR