Yanvar-oktyabr aylarında Azərbaycanda toplanmış gömrük vergi və rüsumlarının həcmi 45% artıb

Yanvar-oktyabr aylarında Azərbaycanda toplanmış gömrük vergi və rüsumlarının həcmi 45% artıb
# 04 noyabr 2008 11:24 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın gömrük orqanları tərəfindən 2008-ci ilin yanvar-oktyabr ayları ərzində 935,55 mln. manat gömrük vergi və rüsumu toplanaraq dövlət büdcəsinə köçürülüb. Bu barədə «APA-Economics»ə Dövlət Gömrük Xidmətinin (DGK) mətbuat xidmətindən məlumat verilib.
Bu, DGK-nın yanvar-oktyabr ayları üzrə daxilolmalar proqnozundan 0,38%, 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 45,40% çoxdur.
Xatırladaq ki, cari il üçün müəyyənləşdirilmiş proqnoza əsasən, dövlət büdcəsinə ümumilikdə 1,1 mlrd. manat həcmində gömrük vergi və rüsumlarının köçürüləcəyi gözlənilir.
Məlumat üçün bildirək ki, 2008-ci ilin yanvar-sentyabr ayları ərzində dövlət büdcəsinin gəlirlərinin 11,2%-i və ya 845,5 mln. manatı DGK tərəfindən təmin edilib. Komitə müvafiq 9 aylıq proqnoza 100,4% əməl edərək büdcəyə 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə 270,6 mln. manat və ya 47,1% çox vəsait köçürüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR