Oktyabr ayında BBVB-nin valyuta bölməsində əməliyyatların həcmi 81% artıb

Oktyabr ayında BBVB-nin valyuta bölməsində əməliyyatların həcmi 81% artıb
# 04 noyabr 2008 14:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin oktyabr ayında Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən 42 ticarət sessiyasında 104 alqı-satqı əqdi qeydə alınıb. Bu əməliyyatlarda ümumilikdə 23 bank təşkilatı iştirak edib.
BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında valyuta bölməsində keçirilən elektron əməliyyatlarının həcmi 231,617 mln. manat və ya dollar ekvivalentində 286,146 mln. təşkil edib. Bu isə sentyabr ayı ilə müqayisədə 81,02% çoxdur. Eyni zamanda, BEST ticarət sistemində bağlanmış hər əqdin orta həcmi 2,47 mln. dollardan 2,751 mln. dollaradək artıb.
Bununla bərabər, cari ilin 10 ayı ərzində birjanın xarici valyutalar üzrə dövriyyəsi 1,836 mlrd. manatdan çox və ya dollar ekvivalentində 2,232 mlrd. təşkil edib. Ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə valyuta bölməsinin həcmi 1,6 dəfədən çox və ya 677,472 mln. manat artıb.
Bundan başqa, bu ilin sentyabr ayında BBVB-nin valyuta bölməsində keçirilən hərraclar üzrə qabaqcıl bankların beşliyi müəyyənləşdirilib. Hərracların ümumi həcmində ən yüksək paya «Bank Standard» (41,76%), «UniBank» (18,16%), «Bank Respublika» (15,67%), Azərbaycan Beynəlxalq Bankı (14,16%%) və «Azərbaycan Sənaye Bankı» (9,88%) malik olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR