2022-ci ilin icmal büdcəsinin yenilənmiş göstəriciləri açıqlanıb

2022-ci ilin icmal büdcəsinin yenilənmiş göstəriciləri açıqlanıb
# 17 mart 2023 11:13 (UTC +04:00)

Azərbaycanın 2022-ci il icmal büdcəsinin gəlirləri 36 760,9 mln. proqnoza qarşı 42315,3 mln. manat təşkil edib ki, bu da proqnoza nisbətən 5554,4 mln. manat və ya 15,1 faiz çox icra olunub. Bu da 2021-ci illə müqayisədə isə 8411,6 mln. manat və ya 24,8 faiz çoxdur.

APA-Economics” xəbər verir ki, bu, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb.

Qeyd edilib ki, icmal büdcənin xərcləri 35 640,9 mln. manat proqnoza qarşı 35068,1 mln. manat və ya 1,6% az icra edilib. Bu da 2021-ci ilə nisbətən 5077,6 mln. manat və ya 16,9% çoxdur.

2022-ci ilin icmal büdcəsində 7247,2 mln. manat büdcə artıqlığı (profisit) yaranıb ki, bu da proqnoza nisbətən 6,5 dəfə çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR