2023-2024-cü illər üzrə dövlət borcu ilə bağlı proqnoz açıqlanıb

2023-2024-cü illər üzrə dövlət borcu ilə bağlı proqnoz açıqlanıb
# 21 sentyabr 2023 13:43 (UTC +04:00)

2023-cü ilin sonuna olan dövlət borcu 26.803,6 milyon manat, 2024-cü ilin sonuna isə 27.678 milyon manat proqnozlaşdırılır.

Bu barədə “APA-Economics” Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Qeyd edək ki, proqnoza əsasən 2023-cü ilin sonuna xarici dövlət borcu 10848,2 milyon manat (6381,3 milyon ABŞ dolları) və ya ÜDM-in 9,1%-i həcmində, daxili dövlət borcu isə 15955,4 milyon manat və ya ÜDM-in 13,3%-i həcmində olacağı gözlənilir.

2024-cü ilin sonuna xarici dövlət borcu 8898,7 milyon manat (5234,5 milyon ABŞ dolları) və ya ÜDM-in 7,5%-i həcmində, daxili dövlət borcu isə 18779,4 milyon manat və ya ÜDM-in15,9%-i həcmində olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR