2023-cü ildə dövlət təltiflərinə ayrılan vəsaitin həcmi məlum olub

2023-cü ildə dövlət təltiflərinə ayrılan vəsaitin həcmi məlum olub
# 01 noyabr 2022 13:45 (UTC +04:00)

Gələn il dövlət təltiflərinin hazırlanması üzrə xərclər 1,7 milyon manat olacaq.

APA xəbər verir ki, bu, Hesablama Palatasının 2023-ci il Dövlət büdcəsinin layihəsinə rəyində əksini tapıb.

Sənədə əsasən, bu, 2022-ci illə müqayisədə 13,3 % çoxdur. 2022-ci ildə bu məqsədlə büdcədən 1,5 milyon manat ayrılıb.

Dövlət mükafatlarının və təltiflərin maliyyə təminatı üzrə məbləğ isə dəyişməyib, 2022-ci ildə olduğu kimi 2023-cü ildə bu məqsəd 300 min manat verilməsi nəzərdə tutulub.

İncəsənət xadimlərinə verilən mükafat üzrə vəsaitin həcmi də dəyişməyib, gələn il də bu vəsait üçün 900 min manat ayrılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR