2023 və sonrakı 3 il üçün büdcə-vergi sistemi müəyyənləşdirilərkən hansı çağırışların nəzərə alındığı açıqlanıb

2023 və sonrakı 3 il üçün büdcə-vergi sistemi müəyyənləşdirilərkən hansı çağırışların nəzərə alındığı açıqlanıb
# 03 noyabr 2022 11:23 (UTC +04:00)

“2023-cü il və sonrakı 3 il üçün büdcə-vergi sistemi müəyyənləşdirilərkən ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi, Qarabağ və Şərqi Zəngəzur İqtisadi rayonlarının iqtisadiyyatının ölkə iqtisadiyyatına reinteqrasiya etməsi kimi çağırışlar qarşıya qoyulub”.

APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, eyni zamanda bir sıra daxili və xarici risk faktorları da büdcə hazırlanarkən nəzərə alınıb: “Ölkədə ötən ildən başlayaraq xarici faktorlardan qaynaqlanan qlobal inflyasiya yüksəlib, 13%-dən çox olub. Yüksək inflyasiya əhalinin gəlirlərinin azalmasını şərtləndirir. Neft-qaz qiymətlərində hazırda dünya bazarında müşahidə edilən münbit qiymətlər ölkəmizin bu sahədən gəlirlərinin artmasına şərait yaradır. 2023-cü ilin dövlət büdcə xərcləri cari il üçün ilkin təsdiq olunmuş göstəricilərdən çoxdur. Yüksək inflyasiya şəraitində büdcə xərclərinin artırılmasının inflyasiya təsirlərini daha artıra biləcəyini nəzərə alaraq, hesab edirik ki, xərclərin əhəmiyyətli artımına ehtiyatla yanaşılmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR