2024-cü ildə icmal büdcənin gəlirlərində 10%-dən çox azalma proqnozlaşdırılır

2024-cü ildə icmal büdcənin gəlirlərində 10%-dən çox azalma proqnozlaşdırılır
# 21 sentyabr 2023 13:49 (UTC +04:00)

2024-cü ildə icmal büdcənin gəlirləri 38578,1 milyon manat səviyyəsində proqnozlaşdırılıb ki, bu da 2023-cü ilin təsdiq olunmuş göstəricisinə nəzərən 4482,1 milyon manat və ya 10,4% azalma deməkdir.

Bu barədə “APA-Economics” Maliyyə Nazirliyinə istinadən xəbər verir.

İcmal büdcə xərcləri isə növbəti ildə 41956,8 milyon manat proqnozlaşdırılıb ki, bu da 2023-cü ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 686,9 milyon manat və ya 1,7% çoxdur.

2024-cü il üzrə icmal büdcədə 3378,7 milyon manat büdcə kəsri (defisit) olacağı proqnozlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR