2025–2030-cu illər 2 milyard manatadək dövlət zəmanəti verilə bilər

2025–2030-cu illər 2 milyard manatadək dövlət zəmanəti verilə bilər
# 30 dekabr 2022 16:57 (UTC +04:00)

Yenilənən Strategiya çərçivəsinin əhatə edəcəyi 2022–2025-ci illər üzrə 2,0 milyard manat, 2025–2030-cu illər üzrə isə 2,0 milyard manat məbləğinədək dövlət zəmanətinin verilməsi nəzərdən keçirilə bilər.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın 2022–2025-ci illər üzrə yenilənməsi çərçivəsi”ndə əksini tapıb.

Qeyd edilib ki, belə olacağı təqdirdə, yenilənən Strategiyanın icrası dövründə dövlət zəmanətli maliyyə öhdəlikləri üzrə həyata keçiriləcək əsas borc ödənişləri və yeni borcalmalar nəzərə alınmaqla, 2025-ci ilin sonuna dövlət zəmanəti ilə təmin edilmiş maliyyə öhdəliklərinin məbləğinin 21,0 milyard manatdan artıq olmaması, 2030-cu ilin sonuna isə məcmu dövlət zəmanətli maliyyə öhdəliklərinin həcminin 16,8 milyard manat məbləğinədək endirilməsi hədəflənir (Qrafik 5). Bu halda, xarici valyutada dövlət zəmanətli maliyyə öhdəliklərinin ümumi zəmanət portfelində payının 2025-ci ilin sonuna 50,0 faizədək, 2030-cu ilin sonuna isə 35,0 faizədək azalacağı proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR