2027-ci ilə kimi qeyri neft-qaz sektoru üzrə ÜDM 93 mlrd. manata çatacaq

2027-ci ilə kimi qeyri neft-qaz sektoru üzrə ÜDM 93 mlrd. manata çatacaq
# 03 noyabr 2022 11:26 (UTC +04:00)

2027-ci ilə kimi Azərbaycanda qeyri neft-qaz sektoru üzrə ümumdaxili məhsul (ÜDM) 93 milyard manata çatacaq.

APA xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi Zərfi”ndə əksini tapıb.

Proqnoza görə, Azərbaycanın ümumdaxili məhsulu (ÜDM) 2024-cü ildə 108606.2 mln manat (real artım tempi 4,2%), 2025-ci ildə 113182.6 mln. manat (3,7% artım), 2026-cı ildə isə 118580 mln. manata (3,4% artım) yüksələcək.

Gələn ilin proqnozu ilə müqayisədə 2026-ci ildə Azərbaycanın neft sektoru üzrə ÜDM-i 8,4%-ə kimi azalacaq.

Belə ki, 2024-cü ildə neft sektoru üzrə ÜDM-in həcmi 29198.3. mln. manat, 2025-ci ildə 27450.9 mln. manat, 2026-cı ildə isə 25932.2 mln. manat təşkil edəcək. Sektor üzrə real artım tempi müvafiq olaraq 2,4%, 0,3% artım və -1,9% proqnozlaşdırılıb.

Qeyd edək ki, gələn il neft sektoru üzrə ÜDM 32693.4 mln. manat müəyyən edilib.

Neft sektorunun ÜDM-də payı da 2024-cü il üzrə 26,9%, 2025-ci il üzrə 24,3%, 2026-cı il üzrə isə 21,9%-ə kimi azalacaq.

Əvəzində büdcə layihəsində qeyri neft-qaz sektoru üzrə ÜDM-in 2027-ci ilə kimi artımı proqnozlaşdırılıb.

Belə ki, 2024-cü il üzrə qeyri neft-qaz sektoru üzrə ÜDM 79407.9 mln. manat, 2025-ci il üzrə 85731.7 mln. manat, 2026-cı il üzrə isə 92647.9 mln. manat, müvafiq olaraq sektor üzrə ÜDM-in real artım tempi 4,9%, 5.0% və 5,1% təşkil edəcək. Qeyri neft-qaz sektorunun ÜDM-də payı 2026-cı ildə 69,2%-dən(2023-cü il proqnozu) 78,1%-ə yüksələcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR