Bankların kredit portfeli avqust ayında 0.8% və ya 151.2 mln. manat artaraq 18,638.6 mln. manat olub.
"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, Bankların cəmi kredit portfelində biznes kreditlərinin payı 56.3% (10,492 mln. manat) təşkil edib. Ümumilikdə, cari ilin 8 ayında bankların kredit portfeli 11.9% və ya 1,979.5 mln. manat artıb. Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı 3.4% təşkil edib.
Qeyd olunan göstərici ilin əvvəlinə nəzərən 0.8 faiz bəndi, ötən ilin müvafiq dövrünə nəzərən isə 2.4 faiz bəndi azalıb.