8 ayda bankların kredit portfeli 2 mlrd. manata yaxın artıb

8 ayda bankların kredit portfeli 2 mlrd. manata yaxın artıb
# 26 sentyabr 2022 16:19 (UTC +04:00)

Bankların kredit portfeli avqust ayında 0.8% və ya 151.2 mln. manat artaraq 18,638.6 mln. manat olub.

"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, Bankların cəmi kredit portfelində biznes kreditlərinin payı 56.3% (10,492 mln. manat) təşkil edib. Ümumilikdə, cari ilin 8 ayında bankların kredit portfeli 11.9% və ya 1,979.5 mln. manat artıb. Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı 3.4% təşkil edib.

Qeyd olunan göstərici ilin əvvəlinə nəzərən 0.8 faiz bəndi, ötən ilin müvafiq dövrünə nəzərən isə 2.4 faiz bəndi azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR