Azərbaycanda daha bir sığorta şirkətinin “Yaşıl Kart” lisenziyası ləğv edilib.
"APA-Economics" bu barədə İcbari Sığorta Bürosuna istinadən xəbər verir. Məlumata görə, daha öncə könüllü qaydada avtomobillərin icbari sığortası üzrə (NVMMİS) fəaliyyət göstərməkdən imtina edən "A Qroup Sığorta" şirkətinin indi də Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ ləğv edilib.
Bununla da “Yaşıl Kart” üzrə fəaliyyət göstərən sığorta şirkətlərinin sayı 11-dən 10-a enib. Bunlar “Atasığorta”, “Atəşgah”, “Azərbaycan Sənaye Sığorta”, “Azərsığorta”, “Bakı Sığorta”, “Meqa Sığorta”, “Naxçıvansığorta”, “PAŞA Sığorta”, “Qala Sığorta” və “Xalq Sığorta” şirkətləridir.
Xatırladaq ki, bu il ərzində “AzSığorta”, “İpək Yolu Sığorta” və "Günay Sığorta" şirkətlərinin “Yaşıl Kart” lisenziyası ləğv edilib.